Millidə oynamaq üçün 1 milyon avro istədi

Alman futbolçu Robert Bauer Qazaxıstan milli komandasında çıxış edə bilər.

Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi sözügedən millidə oynamaq üçün Qazaxıstan Futbol Federasiyasından 1 milyon avro istəyib. Bu barədə “metaratings.ru” saytı məlumat yayıb. Futbolçu ilə federasiya nümayəndələri arasında danışıqlar davam edir.

Hazırda azad agent olan Bauer Almaniyanın U-20 yığmasında 13 oyuna çıxıb. Yarımmüdafiəçi daha əvvəl Almaniyada “Verder”, “Nürnberq”, Rusiyada “Arsenal” (Tula) kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button