Alman futbolçu mövsümü erkən bitirdi

İcarə əsasında “Benfika”da çıxış edən PSJ-nin futbolçusu Yulian Draksler zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi topuğundan əməliyyat olunub. O, Portuqaliya təmsilçisinin heyətində zədəsini bərpa edəcək.

Draksler cari mövsümdə “Benfika”nın heyətində 18 oyuna çıxıb və iki qol vurub.

Onun PSJ ilə sözləşməsi 2024-cü ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button