Alman futbolçu baş məşqçinin istefasını istəyir

“Borussiya”nın (Dortmund) yarımmüdafiəçisi Marko Roys komandanın baş məşqçisi Edin Terziçin istefasını istəyir.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 34 yaşlı alman futbolçu məhz bu səbəbdən, Bundesliqanın 16-cı turunda “Maynts”la (1:1) matçda ehtiyat oyunçular skamyasında oturub. Bildirilir ki, Almaniya klubunun futbolçuları 41 yaşlı mütəxəssisin oyun tərzindən narazıdırlar.

Terziç 2022-ci ilin yayından “Borussiya”ya rəhbərlik edir. 16 turdan sonra komanda 27 xalla Bundesliqada 5-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button