Alli yenidən əməliyyat olunacaq
“Everton”un yarımmüdafiəçisi Dele Alli əməliyyat olunacaq.
Komanda.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Şon Dayç ötən gün keçirilən mətbuat konfransında bildirib. Allinin qasıq nahiyəsindən əməliyyat ediləcəyini deyən baş məşqçi onun nə vaxt sıraya dönəcəyinin bilinmədiyini qeyd edib.
Karyerasında eniş yaşanan İngiltərə millisinin sabiq üzvü zədə səbəbindən 11 aydır meydana çıxmır. “Tottenhem”dəki çıxışı ilə məşhurlaşan futbolçu icarə əsasında “Beşiktaş”da oynayarkən zədələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin