
“Alleqrinin “Milan”ı zirvəyə çatdıracağına ümid edirəm”
“Milan”ın sabiq hücumçusu Aleşandro Pato İtaliya klubunun yeni baş məşqçisi Massimiliano Alleqri haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı sabiq futbolçu bunu söyləyib:
“Alleqrini bu komandada görmək birlikdə qazandığımız skudetto ilə bağlı xoş xatirələri yada salır. Zlatan İbrahimoviç, Tiaqo Silva, Cennaro Qattuzo, Pirlo, Klarens Zeedorf, Nesta və başqaları kimi çempionlardan ibarət komandamız var idi. Biz müstəsna oyunçu idik və onun indi bu komandanı zirvəyə çatdıracağına ümid edirəm. İlk məqsəd Çempionlar Liqasına düşmək olmalıdır, sonra da görəcəyik ki, Alleqri uğurun qarantıdır. O, 15 il əvvəlki kimidir və hələ də komandaya özünü sevdirməyi bilir”.
Alleqri bu il mayın 30-da “Milan”a qayıdıb. 57 yaşlı mütəxəssis bundan əvvəl “Yuventus”u çalışdırıb.
Bizi Facebook-da izləyin