“Alleqrinin kubokun finalındakı reaksiyası məni təəccübləndirdi” – Kapello

İtaliyalı mütəxəssis Fabio Kapello Massimiliano Alleqrinin “Yuventus”dan qovulmasından sonra fikirlərini bölüşüb.

Komanda.az “Calcio Mercato”-ya istinadən xəbər verir ki, Kapello, Alleqrinin hörmətə layiq olduğunu bildirib:

“Onun karyerası öz sözünü deyir, Massimiliano hörmətə layiqdir. Onun İtaliya kubokunun finalındakı reaksiyası məni təəccübləndirdi. Alleqri gedişinin yaxınlaşdığını hiss etdi və kuboku qazanaraq, klubdan qürurla ayrıldı”.

Turin klubu italiyalı mütəxəssislə əməkdaşlığa son qoyduğunu rəsmən elan edib. “Yuventus”un açıqlamasında, ​​qovulma qərarının onun “Atalanta” ilə matçda (1:0) davranışı ilə bağlı olduğu vurğulanıb.

Xatırladaq ki, 90+3-cü dəqiqədə Alleqri matçın baş hakimi Fabio Mareskanın “Yuventus”un müdafiəçisi Bremerə qarşı dərhal qayda pozuntusu qeydə almamasından son dərəcə narazı qalıb. Bundan sonra italiyalı mütəxəssis gödəkçəsini cırıb, ehtiyat hakimin yanına qaçıb və onun üzünə qışqırmağa başlayıb. Buna görə o, qırmızı vərəqə alıb. Alleqri eyni zamanda, “Tuttosport” jurnalistini tribunaların altındakı otaqda hədələyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button