“Alleqrinin bizdən istədiyi elə budur” – Kyeza
“Yuventus”un futbolçusu Federiko Kyeza komandasının 2023/24 mövsümündəki hədəfləri haqda danışıb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, meydançada çox hərəkət etdiklərini deyib:
“Meydançada çox hərəkət edirik. Baş məşqçi Massimiliano Alleqrinin də bizdən istədiyi elə budur. Françesko Manyanellinin gəlişindən sonra yeni taktikanı sınaqdan keçirdik.
Alleqrinin də dediyi kimi, əsas məqsədimiz Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Sonrasına baxarıq”.
“Yuventus” 2023/24 mövsümündə A Seriyasına uğurlu start verib. Onlar 1-ci turda “Udineze”ni 3:0 hesabı ilə məğlub ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin