Alleqrini aldadıblar – Başqa bir uşaq üçün aliment ödəyirmiş

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri uşaqlarına dəstəyini azaltmaq istəyir.

Komanda.az “Corriere della Sera”-ya istinadən xəbər verir ki, 54 yaşlı italiyalı mütəxəssis 2011-ci ildə ondan uşaq dünyaya gətirən Klaudiya Uqiyə 10 min avro ödəyir. Cütlük 2017-ci ildə ayrılıb.

Alleqri 2021-ci ildə alimentin iki dəfə – beş min avroya qədər azaldılması ilə bağlı Turin məhkəməsinə müraciət edib. O, bunu Turin klubundan ayrıldığı 2019-cu ildən işsiz qalması ilə əsaslandırıb. Lakin Alleqri istədiyinə nail ola bilməyib.

Alleqri sonradan xüsusi hesaba köçürdüyü vəsaitin təyinatı üzrə istifadə olunmadığını öyrənib. Belə ki, bank çıxarışlarında başqa bir uşağın təhsili üçün ödəniş, maliyyə sərmayələri, eləcə də ev alınması əks olunub.

Alleqri bundan sonra prokurorluğa müraciət edib. Araşdırma nəticəsində keçmiş həyat yoldaşı 2018-ci ildən 2021-ci ilə qədər 200 min avrodan çox mənimsəmədə ittiham olunub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button