Alleqridən Ronaldonun zədəsi ilə bağlı açıqlama
“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun Portuqaliya millisinin AÇ-2020-nin seçmə mərhələsində Serbiya ilə qarşılaşdığı matçda (1:1) zədələndiyini xəbər vermişdik.
Komanda.az xəbər verir ki, Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri, hücumçunun son durumu haqda açıqlama verib. İtaliya mətbuatına danışan Alleqri, Ronaldonun Çempionlar Liqasının 1/4 final mərhələsində “Ayaks”la qarşılaşacaqları ilk oyunda iştirak edə bilməyəcəyini deyib:
“Bəzi testlər edəcəyik və nə olacağı bilinəcək. Ancaq Ronaldo “Ayaks”la oyunda iştirak etməyə bilər. Bir oyuna görə bütün mövsümü riskə ata bilmərəm”.
“Ayaks” – “Yuventus” matçı aprelin 10-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin