Alleqri ilə “Yuventus”un futbolçuları arasında mübahisə olub

“Yuventus”un çalışdırıcısı Massimiliano Alleqri İtaliya çempionatının 30-cu turunun matçında “Latsio”ya məğlubiyyətdən (0:1) narazı qalıb.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, görüş başa çatdıqdan sonra baş məşqçi ilə “qoca sinyora”nın futbolçuları arasında münaqişə yaranıb.

Alleqri narazı olub, çünki bu uğursuzluq klubun Çempionlar Liqasına vəsiqə qazanmasına mane ola bilər.

“Yuventus” A Seriyasının 30 turundan sonra 59 xal toplayıb və turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Turin klubu 4-cü pillədə qərarlaşan “Bolonya”nı 2 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button