Alleqri “Yuventus”dan ayrılır?

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri klubdan ayrıla bilər.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi ona yeni müqavilə təklif etməsə, ayrılıq baş verəcək.

İtaliyalı mütəxəssisin “qoca sinyora” ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

“Yuventus” hazırda İtaliya A Seriyasında ikinci yeri tutur. Alleqri 2014-2019-cu illərdə də Turin təmsilçisini çalışdırıb. Onun komandaya dönüşü 2021-ci ildə baş tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button