“Yuventus” qələbə qazandı, Alleqri adını tarixə yazdırdı

İtaliya çempionatının 10-cu turunun matçında “Yuventus” doğma meydanda “Verona”nı 1:0 hesabı ilə məğlub edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qələbə Massimiliano Alleqrini “qoca sinyora”nın tarixində bütün yarışlarda 100 ev matçında qol buraxmadan qalib gələn ikinci məşqçi edib.

Bunu bacaran birinci məşqçi 1976-1986 və 1991-1994-cü illərdə “Yuventus”a rəhbərlik etmiş Covanni Trapattonidir. Onun cəmi 150 belə matçı var.

10-cu tur matçındakı qələbə “Yuventus”a İtaliya A Seriyasının turnir cədvəlində birinci yeri tutmağa imkan verib. Alleqrinin komandası 23 xal toplayıb. “Verona” isə 8 xalla 16-cı yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button