Alleqri toxunulmaz olacaq – İlin sonuna kimi

Massimiliano Alleqri ən azı 2022-ci ilin sonuna qədər “Yuventus”un baş məşqçisi vəzifəsindən qovulmayacaq.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport”a məlumat yayıb.

Xəbərdə bildirilir ki, baş məşqçi və klub rəhbərliyi bu mövsüm futbolçuların əksəriyyətinin gözləntilərdən aşağı çıxış etdiyi ilə razılaşır.

“Yuventus” italiyalı məşqçi ilə müqaviləni ləğv edərsə, ona yüksək məbləğdə təzminat ödəməlidir. Buna görə də, klub rəhbərliyi oktyabr və ya noyabr ayında Alleqrini istefaya göndərmək fikrində deyil. Postunda qalmaq üçün Alleqri A Seriyasında və Çempionlar Liqasında hər şeyi dəyişməlidir.

İtaliya çempionatının 9 turundan sonra Turin klubu 13 xalla 8-ci pillədə qərarlaşıb. Son turda “Yuventus” “Milan”a 0:2 hesabı ilə məğlub olub.

“Yuve” Çempionlar Liqasında lider PSJ və “Benfika”dan 4 xal geri qalaraq, qrupda üçüncü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button