Alleqri Səudiyyə Ərəbistanına gedəcək?
“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri Səudiyyə Ərəbistanından gələn təklifləri hələ nəzərdən keçirmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya kubokunun finalında “Atalanta” üzərində qələbədən (1:0) sonra Alleqri komandadan ayrıldığını açıqlayıb.
“Qoca sinyora”nın rəhbərliyi mövsümün sonuna qədər daha iki oyun qalmasına baxmayaraq, italiyalı mütəxəssisin dərhal istefaya göndərildiyini açıqlayıb.
Bildirilir ki, Alleqri hazırda Səudiyyə Ərəbistanına köçmək niyyətində deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin