Alleqri: “Ranyeri təbriklərə layiqdir”
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Kalyari”dəki həmkarı Klaudio Ranyerinin karyerasını dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, Ranyerinin təbriklərə layiq olduğunu söyləyib:
“Ranyeri uzun illərini futbola həsr etmiş və mühüm nəticələr qazanmış məşqçidir. O, təbriklərə layiqdir. Xüsusən də, bu mövsüm “Kalyari”nin çətin anlarını idarə etdiyinə görə”.
72 yaşlı Ranyeri daha əvvəl hazırkı klubundan ayrıldıqdan sonra məşqçilikdən getdiyini açıqlayacağını bildirmişdi.
Ranyeri “İnter”, “Roma”, “Napoli”, “Yuventus”, “Atletiko” və “Çelsi” kimi komandaları çalışdırıb. İtaliyalı mütəxəssisin ən böyük uğuru 2016-cı ilə təsadüf edib. Belə ki, Ranyeri “Lester”i çalışdırdığı həmin ildə İngiltərə Premyer Liqasını sensasiyalı şəkildə qazanıb.
Bizi Facebook-da izləyin