Alleqri: “Qol buraxanda kobud səhvə yol verdik”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/8 finalında “Vilyarreal”la heç-heçə etdikləri oyundan (1:1) sonra açıqlama verib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı baş məşqçi qol epizodunda kobud səhvə yol verdiklərini deyib:

“Qol buraxanda kobud səhvə yol verdik. Rəqibin nə edəcəyini çox yaxşı bilirdik, amma yenə də qol buraxdıq. Bununla belə, ümumilikdə, komandamız yaxşı oyun keçirdi. Hücumda da bir sıra səhvlərimiz oldu. Ümumiyyətlə isə komandanın oyunundan razı qaldım.

Duşan Vlahoviç çox yaxşı oyun keçirdi. Raul Albiol kimi müdafiəçi ilə qarşılaşmaq heç vaxt asan olmur.

Təbii ki, 3:0 hesabı ilə qalib gəlmək istəyirdik, amma inanın, bunu etmək asan deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button