Alleqri PSJ-də?

“Yuventus” baş məşqçisi Massimiliano Alleqri ilə yollarını ayırmağa hazırlaşır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” rəhbərliyi 51 yaşlı mütəxəssisi yaxın günlərdə komandadan göndərə bilər.

İtaliyalı mütəxəssis karyerasını Fransada davam etdirə bilər. Onun PSJ danışıqlar apardığı bildirilir.

2014-cü ildən Turin klubunun “sükanı arxasında” olan mütəxəssis, bu müddət ərzində 5 dəfə ölkə çempionluğu yaşayıb, 4 dəfə isə ölkə kubokunun sahibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button