Alleqri: “Futbolun xüsusi oyunçunu itirməsi ayıbdır”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri yarımmüdafiəçi Pol Poqbanın dopinq testinin müsbət nəticəsi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, o, fransalı futbolçu üçün hər şeyin ən yaxşısını arzulayıb:

“Poqba ilə çox yaxınıq, mən onu gənc yaşlarından tanıyıram. Futbolun xüsusi oyunçunu itirməsi ayıbdır. Bu, Poqba üçün çətin andır. Ona yalnız hər şeyin ən yaxşısını arzulaya bilərik”.

30 yaşlı yarımmüdafiəçinin oktyabrın 6-da testosterona görə dopinq testinin yenidən müsbət nəticələndiyi məlum olub. Poqbanı uzunmüddətli qadağa gözləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button