“Modriç komandamızın ustalıq səviyyəsini artıracaq”

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri yeni transfer Luka Modriçin komandaya göstərəcəyi təsirdən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, Modriçin onlar üçün çox vacib olacağını bildirib:

“Modriç bizim üçün çox vacib olacaq. O, əsl çempiondur və komandamızın ustalıq səviyyəsini artıracaq. Məqsədimiz UEFA Çempionlar Liqasına qayıtmaqdır, ancaq bu asan olmayacaq. Rəqiblərimiz arasında çox güclü və rəqabətədavamlı komandalar var.

Müsbət tərəf odur ki, həftədə bir oyun keçirmək bizə məşqlər üçün daha çox vaxt verir. Komanda anlayışlarını mənimsəmək və birliyi artırmaq baxımından bu faydalıdır. Mənfi tərəfi isə budur ki, Çempionlar Liqasında iştirak etmədən futbolçular o yüksək səviyyəli oyunlarda çıxış edə bilmirlər. Hansı ki, bu cür matçlarda hər kəs iştirak etmək istəyir.

Mən hər şeyə nikbin baxıram. Biz gərgin çalışmalıyıq ki, “Milan” növbəti il Çempionlar Liqasına qayıtsın. Bu, həm klub brendi, həm də maliyyə baxımından həlledici əhəmiyyətə malikdir”.

39 yaşlı xorvatiyalı yarımmüdafiəçi “Real”dan “Milan”a azad agent kimi keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button