Alleqrinin “Milan”la anlaşmasının detalları bilindi

Massimiliano Alleqri ilə “Milan” arasındakı anlaşmanın təfərrüatları məlum olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssisin “Milan”la 2027/2028 mövsümünün sonuna qədər olan müqavilə imzalayacağı və ildə 5 milyon avro qazanacağı bildirilib.

Alleqri bundan əvvəl “Yuventus”, “Kalyari”, “Sassuolo” kimi klublarda çalışıb. 57 yaşlı mütəxəssis 2010-2014-cü illərdə “Milan”a rəhbərlik edib. Onun rəhbərliyi altında komanda ölkə çempionu olmaqla yanaşı, İtaliya superkubokunu da qazanıb.

“Milan” 2024/2025 mövsümünün sonunda İtaliya A Seriyasının turnir cədvəlində səkkizinci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button