“İtaliya kuboku A Seriyası olmasa belə, qələbə qazanmaq vacib idi” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya kubokunun ilk yarımfinal matçında “Latsio” üzərində qələbədən (2:0) danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, matçın ilk hissəsinin daha balanslı keçdiyini bildirib:

“İtaliya kuboku A Seriyası olmasa belə, qələbə qazanmaq vacib idi. İlk hissə balanslı keçdi, ikinci hissədə daha sürətli oynamağa başladıq və çox güclü komanda olan “Latsio”ya qarşı iki qol vurduq. Amma mübarizə hələ bitməyib, cavab oyununda da yaxşı oynamalıyıq. Fasilədə komandaya dedim ki, rəqib qapısına doğru qaçsınlar. Futbolun sadə idman olduğunu deyəndə, həqiqətən bunu nəzərdə tuturam. Həmişə futbolçularıma deyirəm: “Başqasının hədəfinə qaç, sonra nəsə taparıq”.

Komandalar arasında cavab oyunu aprelin 23-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button