Alleqri “Yuventus”dan gedir? – Açıqlama
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Ayaks”a 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandıran “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri matçdan sonra açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis, rəqibin qələbəyə layiq olduğunu bildirib:
“Oyunun çətin olacağını bilirdik. Matç ərzində kifayət qədər səbrli oynaya bilmədik. Xüsusilə, ikinci hissədə rəqib çox yaxşı oynadı. “Yuventus” bu mərhələdə belə qol buraxa bilməzdi, daha diqqətli olmalıydıq. Rəqib növbəti mərhələyə keçməyə layiq idi”.
İtaliyalı mütəxəssis, istefa verib-verməyəcəyi ilə bağlı da danışıb:
“Prezidentə komandada qalmaq istədiyimi bildirdim. Rəhbərliklə görüşümüz olacaq. Bundan sonra nələr olacağını görəcəyik”.
Bizi Facebook-da izləyin