Deşam: “Poqbanın başına gələnlərə görə çox kədərlənirəm”

Fransa millisinin baş məşqçisi Didye Deşam “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın yığmadakı gələcəyini şərh edib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, Poqbanın başına gələnlərə görə kədərləndiyini bildirib:

“Massimiliano Alleqri kimi mən də Poqbaya görə narahatam. Son vaxtlar o, özünü çətin vəziyyətdə tapdı. Poqba öz hüquqlarını müdafiə edəcək, lakin bu, uzun bir prosedurdur. Sabah nə olacağını bilmirəm, amma onun başına gələnlərə görə çox kədərlənirəm. Mən qəti mövqe tutmaq fikrində deyiləm. Onun gələcəyinin necə olacağını bilmirəm, amma proses vaxt aparacaq”.

Daha əvvəl 30 yaşlı futbolçunun dopinqə görə 2 ildən 4 ilə qədər diskvalifikasiya oluna biləcəyi bildirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button