
Alleqri “Milan”la əsas hədəfini açıqladı
“Milan”ın yeni baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasında avqustun 23-də başlayacaq növbəti mövsümün sonuna kimi hansı hədəfə çatmalı olduğunu açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qarşıda duran vəzifənin kifayət qədər çətin olduğunu, ona görə də, komandanın çox çalışmalı olacağını söyləyib:
“Mən əsas məqsədə – 2026/27 mövsümündə Çempionlar Liqasına çatmağa yönəlmişəm. Bu, həm brend, həm də klub üçün maliyyə baxımından çox vacibdir”.
57 yaşlı mütəxəssis bu ilin mayında “Milan”a baş məşqçi təyin olunub.
Milan klubu son mövsümdə avrokuboklarda iştirak şansını əldən verərək, turnir cədvəlini 8-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin