Alleqri A Seriyasına qayıdır
İtaliyalı baş məşqçi Massimiliano Alleqri yenidən A Seriyasında çalışa bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis “Roma”nın baş məşqçisi təyin olunmağa hazırlaşır. Paytaxt klubunun mütəxəssislə razılıq əldə etdiyi və 2+1 illik müqavilə imzalayacağı bildirilir. Alleqri “canavarlar”da hazırkı baş məşqçidən çox – ilinə 4,5 milyon avro qazanacaq. Paulo Fonsekada bu rəqəm 2,5 milyon avrodur.
Alleqrinin təyinatı komandanın növbəti oyunlardakı çıxışından asılı olacaq. Klub rəhbərliyi komandanın hazırkı çalışdırıcısı Paulo Fonsekanın işindən razı deyil.
Alleqri daha əvvəl A Seriyasında “Milan” və “Yuventus”u çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin