Allahyar “Fənərbaxça”ya qayıtdı, Zanka Bundesliqaya üz tutdu
Türkiyənin “Fənərbaxça” klubu danimarkalı futbolçusu Matias Yorgenseni icarəyə göndərib.
Komanda.az xəbər verir ki, “Zanka” ləqəbli mərkəz müdafiəçisi Almaniyanın “Fortuna” klubuna icarəyə verilib. 29 yaşlı futbolçu mövsümün sonuna kimi Düsseldorf təmsilçisinin uğurları üçün çalışacaq. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Zanka 2019-cu ildə İngiltərənin “Haddersfild” klubundan “Fənərbaxça”ya transfer olunmuşdu. Danimarka yığmasının üzvü İstanbul klubunda 16 oyuna çıxıb, 2 qola imza atıb.
“Fənərbaxça” digər icarəyə verdiyi legioneri Allahyar Sayyadmaneşi isə geri qaytarıb. O, mövsümün əvvəlində göndərildiyi TFF 1-ci liqa klubu “İstanbulspor”dan geri çağırılıb. İranlı futbolçu sözügedən klubla icarə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. 18 yaşlı futbolçunun “Fənərbaxça” ilə 2023/24 mövsümünün sonuna kimi müqaviləsi var. O, “İstanbulspor”da bu mövsüm 11 oyuna çıxıb, 1 qol vurub.
Bizi Facebook-da izləyin