Allahverdiyev Avropa Oyunlarında 1/4 finala yüksəldi

Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən 3-cü Avropa Oyunlarına ikinci döyüşünü keçirib.

Komanda.az xəbər verir ki, ilk görüşündə Kevin Şumannı (Almaniya) mübarizədən kənarlaşdıran idmançı 1/8 finalda Nikita Niystedi (Finlandiya) sınağa çəkib.

Qarşılaşma Allahverdiyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (30:27, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.

O, 1/4 final döyüşünə iyunun 28-də çıxacaq.

Məsud Yusifzadə (51 kq) isə 1/8 finalda Atilla Bernatla (Macarıstan) qarşılaşmadan məğlub ayrılıb – 0:5.

Daha öncə Şəhla Allahverdiyeva (66 kq) da 1/8 finalda Belçika təmsilçisi Oşin Deriyuvla dueldən məğlub ayrılaraq mübarizəni dayandırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button