“Allah heç kimə yanlış yuxu göstərmir” – “Turan Tovuz”un futbolçusu

“Turan Tovuz”un müdafiəçisi Roderik Miller “instaqram” səhifəsində paylaşım edib.

Komanda.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 33-cü turunun “Neftçi” ilə görüşündə (4:0) Tovuz klubunun qollarından birinin müəllifi olan panamalı futbolçu sosial şəbəkə hesabında belə yazıb:

“Allah heç kimə yanlış yuxu göstərmir. Gələcək üçün xəyal qurmağa və hər gün mübarizə aparmağa davam edirik. Qol vurduğuma və vacib qələbəyə görə Allaha şükürlər olsun”.

“Turan Tovuz” 31 yaşlı müdafiəçi ilə 3 ay+1 il müddətinə müqavilə bağlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button