“Allah eləməsin, “Səbail” elitanı tərk etsə…” – Rahid Əmirquliyev

“Səbail”in yarımmüdafiəçisi Rahid Əmirquliyev paytaxt təmsilçisindəki gələcək taleyi barədə fikir bildirib.

Komanda.az xəbər verir ki, o, 2022/23 mövsümünün sonunda “dənizçilər”lə müqaviləsinin bitəcəyini diqqətə çatdırıb:

“Əlbəttə, biz “Səbail”in Azərbaycan Premyer Liqasında qalacağına ümid edirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Allah eləməsin, “Səbail” elitanı tərk etsə, gələcək taleyimin necə olacağını bilmirəm.

Cari mövsümün sonunda “Səbail”lə müqaviləmin müddəti də sona çatacaq. Hazırda biz yalnız fikirləşirik ki, Premyer Liqada qalaq. İndi bizi əsas düşündürən məsələ budur. Var gücümüzlə çalışacağıq ki, çempionatda mübarizə aparmağa davam edək”.

Xatırladaq ki, “Səbail” hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlində 21 xalla sonuncudur.

“Dənizçilər” bu gün ölkə kubokunun yarımfinal mərhələsində “Qəbələ” ilə qarşılaşacaq. Matç saat 18:00-da start götürəcək.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button