Alkantaranın “Barselona”ya qayıdışı müzakirə olunur
“Barselona”nın keçmiş futbolçusu Tiaqo Alkantara yanvar ayında Kataloniya klubunun məşqçilər heyətinə qayıtmaq niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.
Alkantara iyulda Hans-Diter Flikin məşqçilər heyətinə daxil edildikdən sonra cəmi bir ay çalışdı, bundan sonra klub onun ayrıldığını elan etdi.
İspaniyalı keçmiş futbolçunun bu qərarına səbəb “Liverpul”da çıxış etdiyi (2020/24) dönəmdə yaranmış vergi problemi olub. O, problemlərini həll etmək üçün ən qısa zamanda İngiltərəyə qayıtmalı olub.
Flikin məşqçilər heyətində olduğu müddətdə onun ən yaxşı əməkdaşlarından birinə çevrilən Tiaqonun işindən “Barselona”nın razı qaldığı bildirilir. O, əsas diqqəti yarımmüdafiəçilərlə işləməyə cəmləmişdi. Hazırda tərəflər yanvarda mümkün qayıdışı müzakirə edirlər.
Alkantara bu yay futbolçu karyerasını bitirdiyini açıqlayıb.
Bizi Facebook-da izləyin