Alkantara London klubuna keçə bilər

“Liverpul”dan ayrılan ispaniyalı yarımmüdafiəçi Tiaqo Alkantara İngiltərə Premyer Liqasında qala bilər. 

Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Londonun “Vest Hem” klubuna keçə bilər. Tezliklə “çəkicdöyənlər”ə rəhbərlik edəcək Xulen Lopeteqi həmyerlisini komandasında görmək istəyir. 

Alkantara 2020-ci ilin sentyabrından “Liverpul”da çıxış edirdi. O, İngiltərə çempionatının başa çatan mövsümündə cəmi 1 oyun keçirib. Onun transfer dəyəri 10 milyon avro olaraq qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button