
Alkantara İspaniya klubuna təklif olunub
“Liverpul”un yarımmüdafiəçisi Tiaqo Alkantara yay transfer pəncərəsi dövründə “Atletiko”ya keçə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, İngiltərə klubu 32 yaşlı yarımmüdafiəçini Madrid təmsilçisinə təklif edib.
Hazırda tərəflər danışıqlar aparır.
Alkantara ilə “Liverpul” arasındakı hazırkı müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
İspaniyalı futbolçu bu mövsüm “Liverpul”un heyətində 18 oyuna çıxıb, qol vurmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin