Alkantara İspaniya klubu ilə danışıqlar aparır
İspaniyalı yarımmüdafiəçi Tiaqo Alkantara “Liverpul”dan azad agent kimi ayrılıb.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, oyunçunun İspaniya La Liqasında oynamaq imkanı var. Futbolçuya əsas namizəd “Betis” klubu hesab olunur. Tərəflər artıq danışıqlar aparırlar.
Alkantara özü də karyerasını İspaniya çempionatında davam etdirməyə hazırdır.
O, İngiltərə Premyer Liqasının bu mövsümündə cəmi bir oyun keçirib. 33 yaşlı yarımmüdafiəçi İspaniyada “Barselona”dakı çıxışı ilə tanınır. O, 2008-2013-cü illərdə “Barsa”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin