Alkantara bu səbəbdən təkliflərdən imtina edib

“Liverpul”un yarımmüdafiəçisi Tyaqo Alkantara ötən yay Səudiyyə Ərəbistanının bir neçə klubundan gələn təkliflərdən imtina edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispan futbolçunun təkliflərdən imtina etmə səbəbi kimi Yurgen Kloppun (baş məşqçi) komandasında mühüm rolda olacağına inandığı göstərilir. Amma artıq böyük ehtimalla, Alkantara tezliklə klubu tərk edəcək.

32 yaşlı futbolçu 2020-ci ilin sentyabrından “qırmızılar”da çıxış edir. Bu mövsüm İspaniya millisinin yarımmüdafiəçisi hələ meydana çıxmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button