Keçmiş futbolçusu “Barselona”nın düşərgəsində

“Barselona”nın sabiq yarımmüdafiəçisi Tiaqo Alkantara komandanın məşq bazasına gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı ispaniyalı keçmiş futbolçu tezliklə “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin köməkçisi ola bilər.

Alkantara almaniyalı mütəxəssisin rəhbərliyi altında “Bayern”də çıxış edib. O yeni postda öz vəzifələrini müzakirə etmək üçün Fliklə danışıqlar aparır. Hər şey Tiaqoya uyğun gəlsə, o, tezliklə Hans-Diter Flikin məşqçilər heyətinə qoşulacaq.

Alkantara daha əvvəl “Liverpul”u azad agent kimi tərk etmiş, sonra isə peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button