“Liverpul”un qapıçısı nə vaxt qayıdacaq?
Braziliya millisinin baş məşqçisi Dorival Junior yığmanın və “Liverpul”un qapıçısı Alisson Bekkerin zədədən sonrakı durumunu şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalı futbolçunun martın sonundan tez olmayaraq meydana qayıdacağını bildirib.
Qapıçı fevralın əvvəlində omba nahiyəsindən zədə alıb və bu, onu Premyer Liqanın 25-ci turunun “Brentford”la (4:1) matçını buraxmağa məcbur edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin