
“Liverpul”un qapıçısının qayıdacağı vaxt məlum olub
“Liverpul” həftəsonu səfərdə “Kristal Pelas”la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, “qırmızılar” üçün əsas çətinlik qapıçı Alisson Bekkerin zədəsi olub.
Braziliyalı qapıçının sağalması tez olmayacaq. O, təxminən 6 həftə sonra meydana qayıdacaq.
Daha əvvəl “Liverpul”un yayda müqavilə bağladığı, “Valensiya”da icarə əsasında çıxış edən gürcü qolkiper Giorgi Mamardaşvilinin gəlişini tezləşdirəcəyi biləcəyi barədə məlumatlar yayılmışdı.
7 tura 18 xal toplayan Arne Slotun komandası hazırda İngiltərə çempionatının turnir cədvəlində 1-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin