Braziliyalı futbolçu Ronaldo ilə komanda yoldaşı olmaq istəmir

“Liverpul”un qapıçısı Alisson Bekker yaxın vaxtlarda komandanı tərk etmək fikrində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə portuqaliyalı hücumçu Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” klubu maraqlanır.

Alisson Səudiyyə Ərəbistanı klubundan gələn təkliflə maraqlanmır.

Qapıçı 2018-ci ilin yayından “Liverpul”da çıxış edir. Braziliyalı futbolçu bu müddət ərzində 263 oyun keçirib və 236 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button