
Alisson Türkiyə klubuna keçməkdən imtina edib
“Qalatasaray” yeni qapıçı axtarışlarını davam etdirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə həftə əvvəl “Liverpul”un əsas qapıçısı Alisson Bekkerlə bağlı rəsmi sorğu göndərib. 32 yaşlı qolkipеr Türkiyə çempionuna qoşulmaqdan imtina edib.
Braziliyalı futbolçunun “qırmızılar”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. O, “Liverpul”a 2018-ci ildə qoşulub və son mövsümdə bütün turnirlərdə 35 oyuna çıxaraq, 33 qol buraxıb, 13 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



