
Alisson: ÇL-də yox idilər deyə, onları seçmədim

“Liverpul”un futbolçusu Alisson Bekker, yay transfer pəncərəsi dövründə “Çelsi”dən təklifin olmasına baxmayaraq, “Liverpul”u seçməsinin səbəbini açıqlayıb.
Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan braziliyalı qolkiper, keçidiylə bağlı bunları deyib:
“O vaxtlar nə üçün “Roma”nı seçmişdimsə, indi də “Liverpul”u ona görə seçdim. “Çelsi” tez-tez məşqçi dəyişirdi, həm də Çempionlar Liqasında yox idilər. “Liverpul”un tarixinə heyran qalmışdım.
“Liverpul” 5 dəfə Çempionlar Liqasını qazanıb. Mən də bu tarixin bir parçası olmaq istəyirəm. Ötən mövsüm “Roma”yla ÇL-i qazanmağa yaxın idik. İndi bu uğura “Liverpul”da nail olmaq istəyirəm.
Xəyallarım üçün mübarizə aparmayacamsa, yaşamağın mənası nədir? Ən böyük arzum ÇL-də qalib olmaqdır”.
Alisson yay transfer pəncərəsi dövründə 73 milyon avro qarşılığında “Roma”dan “Liverpul”a keçib.
Bizi Facebook-da izləyin