Alisson Bekker “Liverpul”u tərk edə bilər

“Liverpul”un qapıçısı Alisson Bekker yaxın aylarda komandasını dəyişə bilər.

Komanda.az “Team Talk”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları braziliyalı futbolçunu hədəfə alıb.

Bundan əvvəl Səudiyyə Ərəbistanı klublarının Braziliya millisinin daha bir qapıçısını – “Mançester Siti”dən Ederson Moraeşi də almaq istəməsi ilə bağlı xəbərlər yayılmışdı. “Şəhərlilər”in qapıçısı hələ də, Alissondan daha çox Səudiyyə Ərəbistanına köçməyə açıqdır.

Alisson Bekker “Liverpul”a 2018-ci ilin yayında “Roma”dan keçib. O, bu müddət ərzində mümkün olan bütün kubokları, o cümlədən Çempionlar Liqası və İngiltərə Premyer Liqasını qazanıb.

31 yaşlı qolkiperin “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button