Bekker tarixə düşdü
Braziliya milli komandasının və “Liverpul”un qapıçısı Alisson Bekker tarixə düşüb.
Komanda.az xəbər verir ki, 26 yaşlı futbolçu, bir mövsümdə 3 dəfə “qızıl əlcək” mükafatını qazanan ilk qapıçı olub. Geridə qalan mövsümdə “Liverpul”un heyətində İngiltərə Premyer Liqasının və Çempionlar Liqasının ən yaxşı qapıçısı seçilən Bekker, Amerika kubokunun qalibi olan Braziliya millisinin heyətində də eyni uğuru təkrarlayıb.
O, turnir ərzində keçirdiyi 6 oyunda qapısından bir qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin