FİFA yeni Super Liqanın yaradılmasına qarşı çıxdı
Ali futbol qurumu FİFA Avropa Super Liqasının yaradılmasına qarşı çıxıb.
Komanda.az xəbər verir ki, bu barədə təşkilatın açıqlamasında bildirilib:
“FİFA Super Liqanın yaradılması planlarını qəbul etmir. Çünki rəqabət beynəlxalq futbol strukturlarının hüdudlarından kənara çıxır”.
Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.
UEFA və FİFA Avropa Super Liqasına qatılacaq klubların həm yerli turnirlərə, həm də UEFA və FİFA bayrağı altında təşkil olunan yarışlara buraxılmayacağını bəyan ediblər. Hətta bu klubların formasını geyinən futbolçuların ölkələrinin milli komandasında oynamasına da qadağa qoyulacaq.
Bizi Facebook-da izləyin