Alekslə yollar ayrıldı
Braziliyanın “Avai” klubu baş məşqçi Aleks de Souzanı istefaya göndərib.
Komanda.az xəbər verir ki, B Seriyası klubu 45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Aleks bu ilin yanvar ayından sözügedən komandaya rəhbərlik edirdi. “Avai” onun rəhbərliyi altında keçirdiyi 18 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib və 9 məğlubiyyətə üzülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin