Aleksis Sançes keçmiş klubuna qayıtmaq istəyir
“İnter”in baş direktoru Cüzeppe Marotta bildirib ki, komandanın keçmiş hücumçusu Aleksis Sançes ona İtaliya klubuna qayıtmaq istədiyini deyib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi bu barədə belə deyib:
“Bəli, Sançes həqiqətən bura qayıtmaq istəyir. Aleksis bizə “İnter”ə qayıtmaq istəyi ilə bağlı aydın siqnallar göndərdi, bu, doğrudur”.
Aleksis Sançes 2019-cu ilin avqustundan 2022-ci ilin avqustuna kimi “İnter”də çıxış edib. O, komanda ilə birlikdə İtaliya çempionatının, eləcə də, ölkə kubokunun və superkubokunun qalibi olub.
34 yaşlı çilili forvard 2022/23 mövsümündə “Marsel”in heyətində 44 oyun keçirib və bütün yarışlarda 18 qol vurub. Hazırda o, azad agent statusundadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin