
Aleksis Sançes “İnter”də – Rəsmi
İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Milan təmsilçisi “Mançester Yunayted”dən Aleksis Sançesi icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sançes, 2019/20 mövsümünü icarə əsasında “İnter”də keçirəcək.
“İnter” çilili oyunçu üçün “Mançester Yunayted”ə 5 milyon avro icarə haqqı ödəyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin