Aleksey Baqa: “Yenə rəqibə qol hədiyyə etdik”

“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Keşləyə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan matçdan sonra bunları söyləyib:

“Növbəti dəfə rəqibə qol hədiyyə etdik və onların hesabda önə çıxmasına şərait yaratdıq. Qalan dəqiqələrdə isə vəziyyəti düzəltməyə çalışdıq. Təəssüf ki, 1 qoldan artığına gücümüz çatmadı. Çox bəhanə gətirmək olar. Amma əsas səbəb rəqib fərqlənmək imkanı yaratmağımızdır.

Komandadakı əsas problem psixoloji durumla bağlıdır. Həm turnir cədvəlindəki yerimiz, həm də digər amillər futbolçulara pis təsir edir. Psixoloji problem varsa, oyun planının heç bir önəmi yoxdur.

“Sumqayıt”a yeni gələndə səsləndirdiyim fikirlər özümü sığortalamaq məqsədi daşımırdı. Ola bilsin ki, bəziləri düzgün başa düşməyib. Həmin şəxslərlə əlavə söhbət edə, fikirlərimi çatdıra bilərəm. Həmin fikirlərlə hazırkı uğursuz seriyanın heç bir bağlılığı yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button