Aleksey Baqa: “Orada 100 faiz penalti var idi”
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:
“Yaxşı oyun alındı. Qol epizodlarından yararlana bilmədiyimiz üçün 1 xala razılaşmalı olduq. Hakimlərə qiymət vermək mənim işim deyil. Biz ancaq öz oyunumuza köklənmişik. Hakimlərlə başqa qurum məşğul olur. Amma Əli Qurbaninin epizodunda 100 faiz penalti var idi.
Qarşıda bizi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sabah”la cavab görüşü gözləyir. Şansımız çox yüksəkdir. İlk matçdakı məğlubiyyətə baxmayaraq, yaxşı oynadıq. Komandam oyundan-oyuna artırır. Bunu asanlıqla görmək olar”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin