
Aleksey Baqa darmadağını şərh etdi
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“İlk hissədə çox pis oynadıq. “Qəbələ” kimi güclü komandaya qarşı 3 top fərqi ilə geri düşəndən sonra matçı çevirmək çox çətindir. Bu oyunu təhlil edəcəyik və növbəti oyunlara hazırlaşacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin