Aleksey Baqa: “Azarkeşlər məni də günahkar görə bilərlər”
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyunun yalnız 20-ci dəqiqəsinədək olan bölümünü şərh edə bilərəm. Həmin dəqiqəyədək qol buraxsaq da, komandam inamlı oynayırdı. Azlıqda ötənilki çempion və bu gün ikinci yerdə gedən komandaya qarşı oynamaq çox çətin idi.
Futbolçularını müdafiə etməliyəm. Amma azarkeşləri də başa düşmək olar. Komanda uduzanda hakimliyi və məni də günahkar görə bilərlər. Bu oyunun hakimliyindən siz deyəndən sonra düşünməyə başladım. Penalti epizodu ilə bağlı iradım yoxdur. Hakimliyi normal qiymətləndirirəm.
Araz Abdullayevi meydandan çıxarmağımız onun əzələ problemləri üzündən bir həftəyədək məşqi buraxması ilə bağlı idi. Qırmızı vərəqədən sonra qərara aldıq ki, onu çıxaraq. Əks halda, gələcək matçlar üçün Arazı itirə bilərik. Hələ qarşıda oyunlarımız var, onu itirmək istəmirik”.
Bizi Facebook-da izləyin